2018-10-08

Azərbaycan Respublikasından seçkiləri müşahidə etmək məqsədilə nümayəndə heyəti 4-7 oktyabr tarixlərində Latviyada səfərdə olmuşdur

2018-ci ilin 6 oktyabr tarixində Latviya Respublikasında keçirilmiş növbəti parlament seçkiləri ilə bağlı Azərbaycan Respublikasından seçkiləri müşahidə etmək məqsədilə nümayəndə heyəti 4-7 oktyabr tarixlərində Latviyada səfərdə olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi altında AR MSK nümayəndələri Fuad Cavadov və Rövzət Qasımov, həmçinin millət vəkili, Azərbaycan-Latviya Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov Latviya Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı təşkil etdiyi brifinq və görüşlərdə iştirak etmiş, Latviyada seçkiöncəsi vəziyyəti və seçki prosesini müşahidə etmək məqsədilə bir sıra səsvermə məntəqələrində olmuşlar.

Arxiv üzrə axtarış