2018-11-08

9 Noyabrda Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi dövlət simvollarından biridir. Bayrağımız ilk dəfə olaraq 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş və o zaman 3 rəngli Azərbaycan bayrağı AXC-nin əsas dövlət rəmzlərindən biri olaraq qəbul edilmişdir. 

Azərbaycan bayrağı ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur

Arxiv üzrə axtarış