2018-12-03

Səfir Cavanşir Axundov Latviyada yəhudi soyqırımı qurbanlarının anım mərasimində iştirak etmişdir.

2018-ci ilin 30 noyabr tarixində səfir Cavanşir Axundov Latviyada yəhudi soyqırımı qurbanlarının anım mərasimində iştirak etmişdir.

Kütləvi qırğınların törədildiyi ərazi - “Rumbula” abidə kompleksi önündə keçirilmiş mərasimində Latviya Seyminin sədri xanım İnara Murnietse, Latviya ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun üzvləri iştirak etmişlər.

Qeyd etməliyik ki, Rumbula Avropada ən böyük yəhudi qırğınlarının törədildiyi ərazilərdən biridir. 1941-ci ilin 30 noyabr və 8 dekabr tarixlərində nasistlər bu ərazidə - “Rumbula” meşəsində Riqa şəhərinə deportasiya edilmiş yəhudilər də daxil olmaqla Riqa qettosundan təxminən 26 min yəhudini qətlə yetirmişlər.  1962-ci ildə bu ərazidə soyqırım qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.

Avropa Yəhudi İcmasının Latviya Şurası tərəfindən təşkil edilən tədbir, iştirakçıların çıxışlarından sonra, əklil qoyma mərasimi ilə başa çatmışdır.

Arxiv üzrə axtarış