Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
Bu il Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Ölkələrimiz qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri əsasında intensiv siyasi dialoq, sosial-iqtisadi əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı dəstək ilə xarakterizə olunan isti münasibətlər qurmuşlar. Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin iyul ayında Latviya Respublikasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin, həmçinin təhsil, nəqliyyat və tikinti sahələrində razılaşmaların imzalanması ikitərəfli əlaqələrin daha da dərinləşməsi istiqamətində yeni imkanlar yaradır.