Səfir Cavanşir Axundov Latviya romlarının Mədəniyyət Mərkəzinində olmuşdur
Fevralın 6-da Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviya romlarının Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq Rom İttifaqının ali komissarı, Latviya Respublikası Prezidenti yanında millətlərlə iş üzrə məşvərət şurasının üzvü Normund Rudeviçin dəvəti ilə mərkəzdə omuşdur. Görüş zamanı N.Rudeviç Mərkəzin işi barədə söz açmış, qonaqları mərkəzin muzeyinin eksponatları - Latviya romlarının tarixinə dair sənədlər, rəssam Karlis Rudeviçin yaradıcılığı, boyakarlıq əsərləri ilə tanış etmişdir. N.Rudeviç romların növbəti beynəlxalq konqresində Azərbaycan təmsilçilərinin də iştirak edəcəyinə əminliyini bildirmişdir.