2019-05-02

Riga şəhərində keçirilən Bədii gimnastika üzrə “Riga yaz müsabiqəsi” keçirilmişdir

2019-cu ilin 01 may tarixində Latviya Respublikasının Riqa şəhərində yerləşən “Elektrum” Olimpiya Mərkəzində 6-7 yaşlı uşaqlar arasında bədii gimnastika üzrə yaz müsabiqəsi keçirilmişdir.

Müsabiqədə Riqa şəhərində yerləşən orta məktəb və bağçalardan ümumilikdə 34 uşaq iştirak edərək fərdi və qrup hərəkətləri üzrə bacarıqlarını nümayiş etdirmişlər.

Müsabiqənin nəticəsinə əsasən Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin əməkdaşı Sənan Usubovun qızı 6 yaşlı Qəmər Usubova ikinci yerə layiq görülmüşdür. Qaliblərə medal, diplom və digər hədiyyələr təqdim olunmuşdur.

WhatsApp Image 2019-05-01 at 17.25.07

WhatsApp Image 2019-05-01 at 15.49.39

WhatsApp Image 2019-05-01 at 17.29.06

WhatsApp Image 2019-05-02 at 08.50.39

Arxiv üzrə axtarış