2019-11-15

Səfir Cavanşir Axundov Riqa Şəhər Şurasının yeni sədri (mer) Oleq Burov ilə nəzakət görüşü keçirmişdir.

Görüşdə ikitərəfli münasibətlərimizin cari vəziyyəti və inkişaf perspektivləri ətrafına geniş fikir mübadiləsi aparılmış, əlaqələrimizin səviyyəsindən qarşılıqlı razılıq ifadə edilmişdir .

Xüsusilə Bakı və Riqa şəhərləri arasında əməkdaşlığın təşviqi istiqamətində hər iki şəhərin yeni rəhbərliyi arasında qarşlıqlı səfər və görüşlərin həyata keçirilməsi, ticarət və sərmayələrin təşviqi, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Riqa Limanı arasında əməkdaşlıq və birgə təmasların yenilənməsinə qarşılılıqlı dəstək ifadə edilmişdir.

Görüşün yekununda səfir C. Axundov Riqa Şəhər Şurasına Azərbaycan Səfirliyi adından xatirə hədiyyələri təqdim etmişdir.  

IMG_6745

IMG_6685

IMG_6679

IMG_6684

IMG_6714

IMG_6723

IMG_6738

Arxiv üzrə axtarış