2020-06-19

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Ölkəmizdə epidemioloji vəziyyət təhlil edilərək Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi avqustun 1-dək uzadılmışdır.

Eyni zamanda, COVID-19 infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 01 avqust 2020-ci il tarixinə qədər uzadılmışdır.

 

18 iyun 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikası ərazisində hazırda COVİD-19 infeksiyasına yoluxanların sayı 11329 nəfərdir. Ümumi sağalanların sayı 6192 nəfər, aktiv xəstələrin sayı 4998 nəfər, ölüm sayı isə 139 nəfərdir.

 

COVİD-19 yeni növ koronovirus infeksiyası ilə bağlı vətəndaşlarımız tərəfindən Səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +371 67142892 və yaxud 24 saat ərzində +371 24962251 qaynar xətt vasitəsilə müraciət edilə bilər. Təcili konsulluq məsələləri ilə bağlı a_shirinov@mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.

Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərir.

Arxiv üzrə axtarış