2020-09-28

Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Latviya Respublikasının Xarici İşlər Nazirliyinə ünvanladığı Bəyanat

 Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanların və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, 2020-ci ilin iyulunda - bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda  törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınmasının bariz nümunələridır.

İndi isə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq huquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir. 

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə,  BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn  norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan dövlətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırırq.

Beyanet_Page_1

Beyanet_Page_2

Arxiv üzrə axtarış