2020-09-28

Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların birgə Bəyanatı

Biz, Latviya Respublikasının azərbaycanlı icması və diaspora təşkilatlarının nümayəndələri 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun cəbhə xətti boyunca hərbi mövqeləri və mülki yaşayış məntəqələrinin iri çaplı silahlar və ağır artilleriya atəşinə tutmasını kəskin şəkildə qınayırıq. Biz, Ermənistan tərəfinin bu addımını uzun illər ölkəmizə qarşı aparılan hərbi işğal və etnik təmizləmə siyasətinin davamı, habelə beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması olaraq qiymətləndiririk.  

 

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri – ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonu, artıq 30 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altındadır. Etnik təmizləmə və soyqırımı cinayətlərinə məruz qalmış bu ərazilərimizdən 1 milyona yaxın soydaşımız qaşqın və məcburi köşkün düşmüş, 30 minə yaxın soydaşımız isə qətlə yetirilmişdir. İşğalçı erməni  qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 844 saylı qətnamələri, habelə BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə Ermənistan tərəfindən riayət edilməmişdir.

 

Biz, aşağıda imza edən Latviya Respublikasının azərbaycanlı icmasının üzvləri, Latviya və bütün dünya ictimaiyyətini Ermənistanın ölkəmizə qarşı hərbi işğal və etnik təmizləmə siyasətini açıq şəkildə qınamağa çağırış edirik.

Statement1

Arxiv üzrə axtarış