Səfir Cavanşir Axundov Latviyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının ağsaqqal və aparıcı nümayəndələri ilə görüşmüşdür.
Görüşdə səfir Cavanşir Axundov cari ilin 27 sentyabr tarixində Ermənistan ordusunun cəbhə xətti boyunca Azərbaycan ordusunun hərbi mövqeləri və mülki yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ordusunun əks hücum əməliyyatları barədə soydaşlarımıza geniş məlumat vermişdir. Səfir növbəti erməni təxribatları və Azərbaycanın haqq səsinin Latviya və bütün dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tövsiyələrini vermişdir. Bu xüsusda səfir bütün soydaşlarımızı ölkə mətbuatı, sosial şəbəkələr, habelə ölkənin akademik və siyasi çevrələrində təbliğat fəaliyyətini artırmağa çağırmışdır. Görüşün yekununda Azərbaycan diaspora təşkilatlarının birgə bəyanatı qəbul edilmişdir.