2020-09-30

Latviya Seyminin deputatı, Latviyanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü cənab Roman Naudinş (Azərbaycan əsilli) 27 sentyabr tarixində törədilmiş erməni təxribatları ilə əlaqədar Bəyanat yaymışdır.

Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun 30 ilə yaxın işğal altında qalması, Azərbaycana qarşı həyata keçirilən etnik təmizləmə siyasəti, bir milyona yaxın soydaşımızın öz torpaqlarından qovulması, Xocalı soyqırımı, uzun illər sülh danışıqlarının bir nəticə verməməsi və münaqişəyə dair BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməməsi, habelə Ermənistanın hərbi-siyasi rəhbərliyinin son təxribatları, Azərbaycanın öz suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatlarına başlaması, Aİ-nin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində passivlik göstərməsi kimi fikirlər yer almış,  Ermənistanın işğalçılıq siyasəti dayandırılanadək bu ölkəyə beynəlxalq sanksiyaların tətbiqinə dair çağırış edilmişdir.

Romāns Naudiņš

Arxiv üzrə axtarış