2020-09-30

Latviyanın www.bb.lv xəbər portalında “Qarabağ odda” başlıqlı məqalə dərc edilmişdir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa ekskurs edilmiş və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna diqqət çəkilmişdir. Həmçinin məqalədə Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyona yaxın soydaşımızın Ermənistan və Dağlıq Qarabağdan qaçqın və məcburi köçkün düşdüyü, sülh danışıqları prosesinin bir nəticə vermədiyi, qondarma “dqr”-in beynəlxalq səviyyədə tanınmadığı, münaqişəyə dair BMT TŞ-nin müvafiq qətnamələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, habelə Nikol Paşinyanın Yerevanda hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesinin çıxılmaz vəziyyətə düşdüyü kimi məqamlar yer almışdır. (məqalənin internet linki: https://bb.lv/statja/v-mire/2020/09/30/karabah-v-ogne )   

Arxiv üzrə axtarış