2020-10-01
Səfir Cavanşir Axundov Latviya Respublikası Baş Nazirinin müavini – müdafiə naziri cənab Artis Pabriks ilə görüşmüşdür.
Görüşdə səfir Ermənistanın uzun illə ölkəmizə qarşı həyata keçirdiyi hərbi işğal və etnik təmizləmə siyasəti, son hərbi təxribatları və bu təxribatların arxasında duran məkrli niyyətlər barədə həmsöhbətinə geniş məlumat vermişdir. Bu xüsusda səfir, qeyd edilən təxribatların Latviya dövləti və ictimaiyyəti tərəfindən qınanılmasına çağırış etmişdir