Latviya Respublikası Baş Nazirinin müavini - müdafiə naziri cənab Artis Pabriks Latviyanın TV24 telekanalına müsahibə vermişdir.
Müsahibə zamanı A. Pabriks Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun, artıq 26 ildir ki, işğal edildiyi faktını təsdiqləmişdir. Bu vaxta qədər münaqişənin həlli istiqamətində heç bir irəliləyişin əldə edilmədiyini qeyd edən A. Pabriks, bu xüsusda Latviyanın “ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı” prinsipinə tərəfdar olduğunu söyləmişdir. O, hal-hazırda hərbi əməliyyatların “de jure” Azərbaycan ərazilərində, “de facto” isə Azərbaycanın nəzarətində olmayan ərazilərdə keçirildiyini söyləmişdir. Sonda A. Pabriks qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağına ümidvar olduğunu bildirmişdir. A.Pabriksin video müsahibəsi aşağıdakı internet linki altında yerləşdirilmişdir: