Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri Cavanşir Axundovun Latviyanın tanınmış xəbər portalı olan Delfi qəzetində latış dilində "Biz həqiqətin və ədalətin təntənəsinə inanırıq və gələcəyə inamla baxırıq!" başlıqlı məqaləsi dərc olunmuşdur.
“Latviya xalqının bilməsi və başa düşməsi vacibdir ki, Azərbaycan hazırda öz ərazisini azad etmək üçün Vətən müharibəsindədir! Bu, həm dövlət orqanlarının, həm də bütün ərazi bütövlüyü Azərbaycan xalqının prinsipial mövqeyidir və beynəlxalq ictimaiyyət tərəfindən də təsdiq edilmişdir. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, habelə Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in, Qoşulmama Hərəkatı Təşkilatının və digər beynəlxalq qurumların qəbul etdikləri vacib sənədləri xatırlamaq kifayətdir. Bütün bu sənədlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasını tələb etdiyini təsdiq edir”
Məqalə aşağıdakı internet linki altında yerləşdirilmişdir: