2020-10-23

Səfir Cavanşir Axundovun Latviyanın press.lv xəbər portalında müsahibəsi dərc olunmuşdur.

Azərbaycan Respublikasının Latviya Respublikasıda fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun Latviyanın press.lv xəbər portalında "Biz öz torpaqlarımızı geri qaytaracayıq" başlıqlı müsahibəsi dərc olunuşdur.

C.Axundov müsahibəsində Qarabağın Azərbaycanın tarixi torpağı olması, Dağlıq Qarabağ və ətraf rayonların 30 ilə yaxın müddətdə Ermənistan Silahlı QÜvələri tərəfindən işğal altında qalması və münaqişənin sülh yolu ilə həlli istiqamətində görülmüş işlər, Erməsitan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-müdafiə tədbirləri həyata keçirməsi haqında danışmışdır. Səfir Ermənistan tərəfinin münaqişə və hərbi əməliyyatlar ilə bağlı yaydığı saxta məlumatların ifşa olunmasının zəruriliyi, rəsmi İrəvan tərəfindən beynəlxalq humanitar hüququn dəfələrlə kobud şəkildə  pozularaq Dağlıq Qarabağ regionundan kənarda yerləşən şəhər və rayonları dinc əhalini hədəf alan raket hücumlarına məruz qoyması, eləcə də Azərbaycan tərəfinin haqlı mövqeyi barədə məlumat vermişdir.

Məqalə ilə tanış olmaq arzusunda olanlar https://www.press.lv/post/my-vernem-nashi-zemli-posol-azerbajdzhana-v-latvii-v-intervyu-ezhenedelniku-vesti/ internet səhifəsindən istifadə edə bilərlər.

Arxiv üzrə axtarış