2021-01-20
Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
20 Yanvar faciəsi ilə əlaqədar Latviyada keçirilən müvafiq anım tədbirləri çərçivəsində səfir Cavanşir Axundov və Səfirliyin bütün kollektivi 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviya Respublikasında törədilmiş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olaraq Latviya Respublikasının Azadlıq Abidəsi önündə təşkil edilən əklil qoyma mərasimində iştirak etmişlər.