2021-04-28

2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi haqqında

2021 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci ilin may ayının 01-dən iyun ayının 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı.

 

Arxiv üzrə axtarış