2022-02-08
Parlament nümayəndə heyətimiz Riqada “Azadlıq” abidəsini ziyarət edib
Fevralın 2-də Azərbaycan parlament nümayəndə heyətinin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Latviya Respublikası Seyminin sədri İnara Murniyetse Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət ediblər.
Spikerlər abidənin önünə əklil qoyublar. Sonra Azərbaycan və Latviyanın Dövlət Himnləri səsləndirilib.