2024-01-26

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar qeydiyyatdan keçmiş seçicilərin nəzərinə

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 44 saylı məntəqə seçki komissiyası (MnSK) yaradılıb.

 Ünvan: Raiņa bulvāris 2-5, Riga, LV-1050

Qeydiyyatdan keçmiş Azərbaycan Respublikasının vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:

Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport

Yuxarıda qeyd olunan pasportlara sahib olmayan Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Riqa vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcəkdir.

Arxiv üzrə axtarış