Diaspora

Öncədən Latviya Respublikasında soydaşlarımızı öz sıralarında birləşdirən “Azəri” cəmiyyəti fəaliyyət göstərmişdir. Latviya azərbaycanlılarının “Azəri” Cəmiyyəti yarandığı gündən onun məqsədi bu ölkədə yaşayan həmvətənlərimizin vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. 

Latviyada mövcud digər diaspor cəmiyyəti Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzidir. 
Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzi Səfirliyin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 
Riqa Klassik Gimnaziyasının direktoru, soydaşımız Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmiş və eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.  

Arxiv üzrə axtarış