2015-11-30

Cari ilin 5 dekabr tarixində saat 11:00-dan 16:00-adək Riqa Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və xarici ölkələrin Latviyadakı səfirliklərinin təşkilatı dəstəyi ilə 19-cu Milad xeyriyyə yarmarkası keçriləcək.

   Hər il olduğu kimi Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi də bu ilki Milad Xeyriyyə yarmarkasında iştirak edəcək. Bundan əlavə bu ilki yarmarkada Azərbaycan milli mətbəxini Latviyada yerləşən *Azərbaycan*,*Baku* və *Abşeron* restoranları nümayiş etdirəcək. Xeyriyyə yarmarkasında iştirak edib töhfəsini vermək arzusunda olan Latviyada yaşayan azərbaycanlılar  3 dekabr tarixinə qədər səfirliklə əlaqə saxlaya bilərlər.

   Milad Xeyriyyə yarmarkasında əldə edilən pullar imkansız ailələrə, gənc analara, qocalara və zorakılıq qurbanlarına ianə kimi xərclənəcək.

Arxiv üzrə axtarış