2018-10-26

Səfir Cavanşir Axundov “Getlini EKO” şirkətində görüş keçirmişdir.

Cari ilin 25 oktyabr tarixində Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Səfir Cavanşir Axundov Latviyada akkreditə olan Moldova Respublikası və Ukrayna Səfirliklərinin rəhbərləri ilə birlikdə Latviyada məişət tullantılarının təkrar email sahəsində ixtisaslaşmış “Getlini EKO” şirkətinin rəhbəri İmants Stiransla görüşmüşlər. Görüşdə müasir, texnoloji baxımdan inkişaf etmiş və ətraf mühitə zərər verməyən məişət tullantılarının təkrar email prosesi barədə qonaqlara ətraflı məlumat verilmiş və bu sahədə ölkəmizin müvafiq şirkətləri ilə əməkdaşlıq və təcrübə mübadiləsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Həmçinin, müasir emal kompleksi, qaz ayırma və elektrik enerji  istehsal edən qurğularla tanışlıq olmuşdur. Qonaqlar daha sonra “Getlini EKO” tərəfindən istehsal edilən istilik və elektrik enerjidən istifadə edilməklə tərəvəz yetişdirilən istixanalarla da tanış olmuşlar.

Arxiv üzrə axtarış