2022-01-06

Səfir Elnur Sultanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb

Noyabrın 25-də Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabrikslə görüşüb.
Görüşdə tərəflər Azərbaycan və Latviya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eləcə də iki ölkə arasında müdafiə sahəsində mövcud əlaqələrin əhəmiyyətini vurğulayıb və əməkdaşlığın dərinləşdirilməsi üçün potensialın olduğunu qeyd ediblər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış